Главная » 2009 » Январь » 18 » Uşaq evlerinin durumu!!!
Uşaq evlerinin durumu!!!
23:05
















U351;aq evl601;rinin durumu!!!



UŞAQ EVLƏRİNİN DURUMU

Uşaq evlərində yaşı 18-ə çatmış yeniyetmələr taleyin hökmünə buraxılır

Ətrafli Xəbərin Ardindan...


U351;aq evl601;rinin durumu!!!



UŞAQ EVLƏRİNİN DURUMU

Uşaq evlərində yaşı 18-ə çatmış yeniyetmələr taleyin hökmünə buraxılır


Bu gün Azərbaycanda 65 uşaq müəssisəsi (internat evləri,körpələr evi,uşaq evləri) var.Bu uşaq evlərində valideyndən məhrum olan 21 min uşaq var.Uşaqların hamısı valideyn himayəsindən məhrum olsalar da,onların 70 faizinin bioloji valideynləri var.
Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə,Azərbaycanda uşaqların atılmasının əsas səbəbi əlillik,ailələrin dağılması və yoxsulluq müəyyən edilib.
Adı çəkilən uşaq evlərində 14 389 şagird təhsil alır.Təhsil Nazirliyindən verilən məlumata görə,uşaqların 4045-i evlərdə yaşayır.Onların 2900-ü oğlanlar,1155-i isə qızlar təşkil edirlər.2434 uşağın hər iki valideyni,1142 nəfərin yalnız bir valideyni var,399-u atılmış və ya valideyn himayəsindən məhrum olmuş,80-i hər iki valideynini itirmiş uşaqlardır.
Lakin ötən illərlə müqayisədə uşaq evləri və internatlarda daimi yaşayan uşaqların sayı 1,2 min nəfər azalıb.Bundan əlavə Azərbaycan prezidentinin 2006-cı il 29 mart tarixli fərmanı ilə «2006-2011-ci illərdə uşaqların ailələrə verilməsi və alternativ qayğıya dair dövlət proqramı» qəbul edilib. Deinstitutlaşdırma proqramı adlanan bu sənəd 2015-ci ilə qədər Azərbaycanda uşaq müəssisələrinin maksimum azaldılmasını,valideyndən məhrum uşaqların alternativ qayğı ilə təmin olunması,onların ailələrə verilməsini nəzərdə tutur.Proqramın həyata keçirilməsində Təhsil,Səhiyyə, Sosial Müdafiə və Əmək nazirlikləri,Ailə,Qadın və Uşaq Problemləri üzrə Komitə iştirak edir. [/b]



U351;aq evl601;rinin durumu!!!



[b]Bu proqrama görə,Azərbaycanda mövcud uşaq evlərinin forması dəyişdirilərək ailələrə yardım mərkəzinə çevriləcək.Uşaq evləri ləğv olunarsa və başqa xarakter alarsa,uşaqlarından imtina etmiş valideynlər uşaqlarını geri qaytarmağı özləri istəyəcəklər.Çünki alternativ qayğı müəssisələrində yaşayan uşaqlar artıq öz valideynləri üçün ağır yük olmayacaqlar. Proqramın həyata keçirilməsi üçün qanunvericilik bazası və uşaqların sosial müdafiəsinin yaradılması vacibdir.
Azərbaycanda ilk dəfə həyata keçiriləcək layihə üçün 9 pilot məktəb seçiləcək.Layihənin həyata keçirilməsinə isə 2009-cu ildə başlamaq planlaşdırılır.
Təhsil Nazirliyinin xüsusi təhsil müəssisələrinə baxan aparıcı məsləhətçisi Əlvan Səfərovun sözlərinə görə,Azərbaycanda yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Təhsil Nazirliyinin tərkibində də 6 uşaq evi var.Bu evlərdə 750 nəfərə qədər yetim və valideyn himayəsindən məhrum uşaq yaşayır və tərbiyə alır.Uşaq evlərinin üçü Bakı şəhərində,yerdə qalanları isə Gəncə, Şəki və Lənkərandadır.Onun sözlərinə görə,valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı qanun var.Bu qanunda 18 yaşını bitirmiş uşaqların təminatlıgıda göstərilib.«18 yaşından sonra həmin uşaqlarla yerli icra hakimiyyətləri məşğul olmalıdırlar.İşlə təmin edilməsi,evlə təmini məsələlərini icra hakimiyyətləri həll etməlidir».




U351;aq evl601;rinin durumu!!!



Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən isə ANS PRESS-ə bildirilib ki,”uşaq evində böyüyən uşaqların iş və evlə təmin olunması gündəmdədir.Belə ki,uşaq evində böyüyən qızların işi bir qədər asandır. Onların əksəriyyəti ailə qura bilir və yaşayışlarını təmin edirlər.Oğlanlarla isə məsələ bir az qəlizdir.Onlar hərbi xidmətini başa vurub qayıdıqdan sonra zavod və fabriklərdə,şirkətlərdə 6 ay təcrübə keçir,sonra işlə təmin olunurlar.Mənzil məsələsi isə çətin həll olunur.Uşaq problemlemləri ilə məşğul olanlar hazırda həyata keçirilən dövlət proqramını aktual hesab edirlər.Ailədə yaşayan uşağın mənzil məsələsi uşaq evində yaşayan uşaqlara nisbətən daha tez həll olunur”.





Bəs sizcə uşaq evlərindəki durumu qənaət bəxş hesab etmək olarmi?
Bu qanun uşaq evlərinə müsbət təsirini göstərəcək?


 
Просмотров: 1387 | Добавил: yazyagmuru | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Архив записей

Наш опрос
Оцените мой сайт
Всего ответов: 91

Мини-чат

Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Copyright MyCorp © 2024