Главная » 2008 » Ноябрь » 25 » Esgerlik heyati
Esgerlik heyati
23:43
 
 
Əsgərlik hər birimizin vətənə olan borcudur deyənlər hərbi xidmətə yollanıb öz qulluqlarını edirlər. Ali təhsili olanlar üçün bu xidmət 1 il, olmayanlar üçün isə 1 il 6 ay davam edir. Əsgərlikdə olmayanlar sual verə bilər: Əsgərin gündəlik həyatı necə keçir? Onlar orda nə iş görürlər, bəzilərini əsgərliyə getməyə qorxudan nədir? Mən sizə bu barədə qısa məlumat verməyə çalışacam. Beləliklə əsgərlik vaxtı gəldi və sən gündəlik müstəqil həyatınla vidalaşıb vətənə borcunu ödəməyə gedirsən. Hər bir əsgər xidmətinin ilk 3 ayını "karantin"də keçirir. Karantinə getməzdən əvvəl əsgərlər qruplara bölünüb tibbi baxışdan keçir. Tibbi baxış zamanı bir dəstə adamın içində çıl çılpaq soyunmağa məcbur olan anda artıq əsgərliyin nə demək olduğunu yavaş yavaş anlamağa başlayırsan. Tamamilə sağlam olduğun müəyyənləşəndən sonra əsgərliyə yararlı bir vətəndaş kimi karantinə yola düşürsən. İlk günlərdə rejim, qayda-qanun, sərbəstliyin olmaması əsgəri darıxdırmağa başlayır. Xəyallara qapılıb "evdə olsaydım indi öz otağımda rahat kresolda əyləşib komputerdə mix.az-a xəbər yollayırdım" kimi fikirlər ürəyinə yağ kimi yayılır. Amma qəfil "Bölük qalx" komandasının verilməsi səni bu xəyallardan ayırıb real həyata qaytarır. Yenədə növbədə 30-40 nəfərlik bir qrupla yeməyə getmək, yeməkdən sonra yenədə həmin qrupla ayaqyoluna baş çəkmək, sonra yenədə həmin qrupla ağacın altına toplaşıb dəftərdə təlimləri oxumaq var. Bir çox əsgərin dəftərinin arxası kalendar olurki, bu kalendarda onlar xidmətlərinin sonuna neçə ayın, neçə həftənin, neçə günün, hətta neçə saatın qaldığını hesablayırlar. Təbiiki buda özünü dahada darıxdırmaqdan başqa bir şey deyil.

Əsgərin bir günü təxminən belə keçir: Səhər saat 6-da durmaq, qrup daxilində müəyyən məsafəni (3-4 km) qaçmaq, müxtəlif gimnastik hərəkətlər etmək. İdmandan sonra kazarmada təmizlik işləri aparılır. Əsgərləri bölünərək hərəsinə bir iş tapşırılır. Kimi su daşıyır,kimi yeri süpürür, kimi polu silir, kimi yerləri düzəldir və s. Sonra əsgərlər yuyunub yeməyə yollanırlar. Yeməkdən sonra naryadlar bölünür, hərəni bir iş başına göndərirlər. Yeməkxanaya, tibbi məntəqəyə, komputerə, kazarmaya və s. Yerdə qalan əsgərlərə günorta yeməyinə kimi təlim keçilir. Günorta yeməyindən sonra yenə təlimlər davam edir və nəhayət axşam yeməyinə 1 saat qalmış əsgərlərə asudə vaxt verilir. Bu zaman əsgərlər televizora baxa, bufetə gedə və digər üsullarla istirahət edə bilərlər. Yeməkdən sonra bütün hərbi hissə üzrə axşam toplanışı olur. Bütün əsgərləri sayıb, yoxlayandan sonra dövlət himni oxunur və saat 10-da hamı yatağına girir. Əsgərin bir günlük həyatı beləcə sona yetir. Səhər yenədə bütün bunlar təkrar olunur. Yalnız 6 və bazar günləri nisbətən fərqli olur.
-
Bəs əsgəri darıxdıran nədi?
-
Əsgəri darıxdıran əsas ünsür sərbəstliyin məhdudluğudu. Hər bir işi qrup daxilində görmək, aylarla hərbi hissədən çölə çıxmamaq, sevmədiyi işləri görmək insanı təbiiki darıxdıra bilər. Bu ana qədər əlini ağdan qaraya vurmayan, günü komputer qarşısında keçən və ya ən zəhmətli işi qızların ardınca düşmək olan insan üçün əsgərlik zəhməti onu boğaza yığa bilər. Təbiiki gündəlik təlimlər, məşqlər ona çətin bir iş kimi görünəcək. Sərbəstliyin məhduduluğunuda bura əlavə edəndə "şəhər uşağı" fərari olmaq həddinə gəlib çatır. Düzdü belə anlarda müxtəlif üsullarla xidmətdən yayınmağa çalışanlar olur. Kimisi özündə yeni xəstəlik kəşf edib həkimə müraciət edir, kimisidə özünü yaralamağa cəhd edirki hospitala getsin. Əlbəttdə mən əsl qayda qanunu olan hərbi hissədən danışıram. Təəssüfki indi elə hərbi hissələr varkı bazara bənzəyir.
-
Bəs əsgəri qorxudan nədi?
-
Yuxarıda qeyd etdiyim çətinliklərlə yanaşı, hərbi xitmətə getməkdən yayınanı qorxudan əsas amillərdən biridə köhnə əsgərlərin təzələrə qarşı davranışıdı. Aylar ərzində "kişilik məktəbi" keçən, çətinliklər görən, bişən, vəhşiləşən köhnə əsgərlər yeni gələn məsum əsgərlərə öz güclərini göstərməyə çalışırlar. Bunu komandirlərin gözündən kənarda etməyə çalışan "dembellər" yeni əsgərlərə müxtəlif komandalar verir onları hədələyir, təhqir edir. Yeni əsgərin üzünə gülümsəyərək "bidənə corabımı tez yu gətirdə" deməsi buna bir nümunədi. Bu an əsgər ya onun dediyin edəcək yada döyüləcək. Təbiiki iradəli əsgər döyülməyi seçir. Bütün bu çirkin hallar komandirlərimizin gözlərindən uzaq edilir. Belə hallar yığışdırılsa hərbi xidmətdən yayınmalarda azalar. İnanıramki belədə olacaq.
 
Просмотров: 5973 | Добавил: yazyagmuru | Рейтинг: 5.0/3 |
Всего комментариев: 3
Elmar_14
Elmar_14
Elmar_14
Имя *:
Email *:
Код *:
Архив записей

Наш опрос
Оцените мой сайт
Всего ответов: 91

Мини-чат

Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Copyright MyCorp © 2024