Главная » 2008 » Ноябрь » 24 » Qurani kerim
Qurani kerim
03:43


1. Məndən başqa allahların olmasın.
2. Özün üçün heç bir oyma büt, nə yuxarıda-səmada və aşağıda-yerdə, nə də yerdən aşağıda yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm. Məni sevib əmrlərimə əməl edənlərin minlərlə nəslinə isə məhəbbət göstərərəm.
3. Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz.
4. Şənbə gününü (istirahət günü) yadda saxlayıb təqdis et. Altı gün çalışıb bütün işlərini gor. Lakin yeddinci gün, Allahın Rəbbin şənbə günüdür (istirahət günü). Bu gün sən, oğlun, qızın, qulun, qaravaşın, heyvanların, yanında qalan yadellin də heç bir iş görməsin. Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb şənbə gününə xeyir-dua verib, onu müqəddəs saydı.
5. Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun.
6. Qatillik etmə.
7. Zina etmə.
8. Oğurluq etmə.
9. Kimsəyə qarşı yalan şahidlik etmə.
10. Heç kimin evinə tamah salma. Kimsənin arvadına, quluna, qaravaşına, öküzünə, eşşəyinə - onun heç nəyinə tamah salma.

Gəlin diqqətlə bu əmrlərə nəzər yetirək.

1. Məndən başqa allahların olmasın...
Dünyada, yalnız bir Allah var və hər birimiz Ona iman etməliyik. Ona səcdə qılmalıyıq və Onun üçün yaşamalıyıq. Real həyatda çoxları Allahdan başqa hər şeyə etibar, itaət, səcdə edir və onlar üçün yaşamağa hazırdırlar. Çoxları pul xatirinə yaşayır və ona güvənirlər. Pul onların allahına çevrilir. Digərləri insanlara, onların işlərinə və mülkiyyətinə etibar edirlər. Başqaları isə sadəcə olaraq həyatlarını özləri üçün, öz mənafeləri üçün yaşayırlar. Siz nə vaxtsa Allahdan başqa nəyə və ya kimə görə yaşamısınızmı ? Bu gün gördüyünüz işlər üçün sizin niyyətiniz və məqsədiniz nədir? Bəs dünən üçün necə? Bizim niyyətlərimiz həyatımızın Allaha bağlı olub olmadığını göstərir və O, bundan xəbərdardır.

2. Bütlərə sitayiş etmə və heç bir şeyin surətini düzəltmə.
Çoxları özlərini qorumaq və xoşbəxt olmaq üçün göz muncuğu, üzərlik, at nalı və s. kimi amuletlərdən istifadə edirlər. Yəqin ki, çox insanlar düşünmürlər ki, bütün bu şeylər "bütlərdir." özünüzü qorumaq və xeyir-dua almaq üçün öz taleyinizi bu əşyalara həvalə etdikdə, siz Allahı, Onun himayəsini və xeyir-dua verici səlahiyyətini bir kənara qoyaraq, Allahı cismlərə dəyişirsiniz.

3. Allahın Rəbbin adını boş yerə dilinə gətirmə.
Yəqin ki, dəfələrlə adamların Allahın adını boş yerə çəkdiklərinin şahidi olmusunuz: inşallah, Allah qoysa, Allah haqqı, ay Allah, Vallah və s. Əgər bu sözləri sidq ürəkdən deyiriksə və mənasını dərk ediriksə, bu doğrudan da gözəl səslənir. Ancaq biz bunları ürəkdən deyil, yalnız söz xatirinə deyiriksə, onda bu Allaha qarşı günahdır.
Bəzən həyatda elə təsadüflər olur ki, insan sözün düzünü dedikdə belə, ona inanmayacaqlarını düşünür və and içməklə öz sözünü möhürləyir. Lakin bu belə olmamalıdır. Əgər biz əminiksə ki, sözün düzünü deyirik, onda insanların bizim sözümüzə inanmayacaqları bizi narahat etməməlidir. Çünki biz insanlar üçün deyil, Allah üçün yaşamalıyıq və bunun mahiyyətini dərk etsək heç zaman and içmərik.

4. Şənbə ( istirahət günü) gününü yadda saxlayıb, təqdis et.
İstirahət günü, yaradılış zamanından bəri Allah tərəfindən seçilmiş gündür. O, yeri və göyü altı gün ərzində yaratmış və yeddinci gün, yəni Rəbbin Günü (istirahət günü) işləməyib, dincəlmişdir. Bu günü isə insanlara, Ona həsr edərək, ibadət etməyi buyurmuşdur. Əslində bu gün, sizin düşündüyünüz kimi şənbə gününə deyil, Azərbaycanda ümumxalq istirahət günü kimi qəbul olunan yeddinci günə təsadüf edir. Görəsən nə qədər insan Allahın verdiyi bu gündə Allaha ibadət edir və öz işlərindən vaz keçirlər ?

5. Ata və anana hörmət edin.
Allah bizə valideynlərimiz vasitəsilə bu dünyaya göz açmağa imkan vermişdir və onun əmri budur ki, biz valideynlərimizə hörmət edək. Siz valideynlərinizə hörmət edirsinizmi? Əgər sizin valideynlərinizin arzuları və məsləhəti Allahın sözünə ziddirsə, siz onların məsləhətinə tabe olmamalısınız. İsa İncildə (Matta 10-cu fəsil, 37-ci ayədə) deyir: "Atasını və ya anasını Məndən artıq sevən Mənə layiq deyil, oğlunu və ya qızını Məndən artıq sevən Mənə layiq deyil." Valideynlərinizə öz əməlləriniz, münasibətləriniz və sözlərinizlə hörmət göstərirsinizmi?

6. Qatillik etmə.
İsa bizi xəbərdar edirdi ki, əgər biz qardaşımıza qarşı qəzəbliyiksə onda biz mühakimə olunmaq təhlükəsindəyik. Əgər biz qardaşımıza nifrət ediriksə, Allah bizi qatil adlandırır. Biz bu qanunu münasibətimiz və məqsəd-lərimizlə poza bilərik. Göz ilə görünən əməllərimizlə yanaşı, bizi bu əməllərə sövq edən ürəyimizin fikir və düşüncələri də Allahı narahat edir. 21) Siz eşitmisiniz ki, qədim zamanların adamlarına deyilmişdi: Qatillik etmə. Kim qatillik edərsə mühakimə olunmalıdır. 22) Mən isə sizə deyirəm qardaşına boş yerə hirslənən hər adam mühakimə olunacaqdır; qardaşına "raqa" deyərsə, Sinedrionun hökmünə məruz qalacaqdır. Və kim "səfeh" deyərsə, cəhənnəm oduna məruz qalacaqdır (Matta Müjdəsi, 5-ci fəsil, 21-22-ci ayələr).

7. Zina etmə.
Qadın-kişi münasibətləri Allah tərəfindən əhd münasibətinə əsaslanaraq, nigah üçün ayrılmış, sevincin və nəslin çoxaldılması məqsədi ilə verilmiş xeyir-duadır. Allah aydın olaraq kiminsə nigahda olmadan cinsi əlaqəyə girməsini günah adlandırır.
İsa bu günah haqda Matta Müjdəsi, 5 fəsil 27- 28 ayələrdə belə deyir :
27) Qədim zamanların adamlarına: Zina etmə, deyildiyini eşitmisiniz 28) Amma Mən sizə deyirəm: Bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur.

8. Oğurluq etmə.
Bu, yalnız cansız əşyalara aid deyil. Məktəbdə kiminsə cavabını öz adına şamil etmək də oğurluqdur. Bu, həm də alqı-satqı (alver) zamanı edilən aldatmalara aiddir. Eyni cür hökumətdən işıq, qaz, su kimi kommunal ödənişlərdən yayınmaq da buna aid edilir.

9. Kimsəyə qarşı yalan şahidlik etmə.
Allahın sözündə deyilir: Allah həqiqətdir. şeytan isə bütün yalanların atasıdır. Allahın kəlamında aydın göstərilir ki, O, həqiqəti sevir, yalana isə nifrət edir.. (Süleymanın məsəlləri kitabı 6:16-17). Yalan Allaha qarşı günahdır. Bu barədə düşünməsəniz də, bu real həqiqətdir. Süleymanın məsəlləri kitabında 21:28-də belə yazılıb: "Yalançı şahid həlak olar..." Həyatda bəzi insanlar danışdıqları hadisəni maraqlı göstərmək üçün şişirdirlər. Bəziləri pis əməllər edirlər və bunu yalanla ört-basdır edirlər. Bəziləri qazanc əldə etmək üçün yalandan istifadə edirlər. Bəziləri övladlarını itaətkar etmək üçün yalana əl atırlar. Bəziləri öz işlərini həyata keçirmək üçün kiməsə yaltaqlanır və yalançı təriflərdən istifadə edirlər. Yalanın formaları müxtəlif olsa da, yalan yalandır və Allahın ciddi surətdə mühakimə etdiyi və adlandırdığı günahdır.

10. Heç kimin evinə tamah salma. Kimsənin arvadına, quluna, qaravaşına, öküzünə, eşşəyinə - heç bir şeyinə tamah salma.
Tamahkarlıq sənə aid olmayan bir şeyi arzulamaq deməkdir. Bizim nəyinsə və ya kiminsə həsrətində olmağımız Allahın bizim həyatımıza verdiyi təminatla razı olmadığımızdan xəbər verir. Bu bizim Allaha və Onun təminatına inamımızın azlığından xəbər verir. Bu, həm də bizə məxsus olmayan əşyalara qarşı cismani və xudbin istək və maraqlarımızı üzə çıxarır.
Həqiqət bundadır ki, Allahın Tövrat kitabındakı bu on əmrin çoxunu hər birimiz pozmuşuq. Bu əmrlər hər yerdə və hamı üçün eynidir. Əvvəldə deyildiyi kimi Allahın dediyinə qarşı itaətsizliyimiz PİS NƏTİCƏLƏRƏ gətirib çıxarır.

Çıxış kitabı, 34-cü fəsil 7-ci ayədə Allah Musaya deyir: "...lakin (günahlıları) cəzasız qoymaram, ataların cəzasını üçüncü-dördüncü nəslə qədər nəvə-nəticələrinə vərərəm."
Tövratdakı Yaradılış kitabında deyildiyi kimi günahımıza görə cəzamız ruhani və cismani ölümdür. ölümün nəticəsi həm bu dünyada, həm də axirət dünyasında Allahdan ayrılıqdır.
Просмотров: 776 | Добавил: yazyagmuru | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
Elmar_14
Имя *:
Email *:
Код *:
Архив записей

Наш опрос
Оцените мой сайт
Всего ответов: 91

Мини-чат

Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Copyright MyCorp © 2024