Главная » 2008 » Ноябрь » 17 » Sene sadece bir defe yalan danışdım
Sene sadece bir defe yalan danışdım
04:01
 
alt 

 

Sənə sadəcə bir dəfə yalan danışdım

Qonaqlıqda tanış olmuşdular. Qonaqlıqdan sonra oğlan qızı bir kafeyə dəvət etti. Birlikdə oturdular. Bir qəhvə istədilər. Oğlan çox həyacanlı idi. Heç bir şeydən söhbət aça bilmirdi. Qız da bu haldan heç xoşlanmırdı. Elə buna görə də qız getmək üçün ayağa qalxdığı anda oğlan cəld qulluq edən oğlanı yanına çağırdı.
Ona "Mənə duz gətirə bilərsənmi?" dedi və əlavə etdi "Qəhvəmə tökmək üçün..

ardını oxu....
 

alt


Sənə sadəcə bir dəfə yalan danışdım

Qonaqlıqda tanış olmuşdular. Qonaqlıqdan sonra oğlan qızı bir kafeyə dəvət etti. Birlikdə oturdular. Bir qəhvə istədilər. Oğlan çox həyacanlı idi. Heç bir şeydən söhbət aça bilmirdi. Qız da bu haldan heç xoşlanmırdı. Elə buna görə də qız getmək üçün ayağa qalxdığı anda oğlan cəld qulluq edən oğlanı yanına çağırdı.
Ona "Mənə duz gətirə bilərsənmi?" dedi və əlavə etdi "Qəhvəmə tökmək üçün..
" Qız və xidmət edən oğlan təəccüblə ona baxdılar. Oğlan utandığından qıp-qırmızı oldu. Və gətirilən duzu qəhvəsinin üzərinə səpələdi.
Ardından qızın təəccüblü baxışları altında danışmağa başladı:" Mənim uşaqlığım dəniz sahilində keçib. Elə günüm dənizin içində keçirdi. Elə həmişə oralarda oynayardım. Dəniz suyunun dadı ağzımdan heç getmədi. Ailəm hələ də orada yaşayır. Bu səbəblə həmişə qəhvəmi duzlu içirəm ki uşaqlığımı, o xoş günləri xatırlaya bilim...."
Oğlan bunları danışarkən gözləri yaşarmışdı. Qız da bu oğlanın ailəsi haqda bu qədər fikirləşdiyini görürüdü. Və fikrində əgər onunla ailə quracaq olsa onların haqqında da belə fikirləşəcəyini təxmin edirdi.
O gün orda hər şey yaxşı oldu. Onlar görüşməyə davam elədilər. Beləcə evləndilər. Xoşbəxt bir ailə həyatı qurdular. Sevdilər və sevildilər. Kişi həmişə qəhvə istədikdə yoldaşı ona sediyi şəkildə"duzlu" qəhvə hazırladı. Beləcə ömürlərindən qırx il keçirdilər. Və bir gün yaşlı ər öldü.
Ölməzdən əvvəl yoldaşına öldükdən sonra açıb oxuması üçün bir məktub verdi. Yoldaşı o öldükdən sonra məktubu açıb oxudu.
Orada belə yazılmışdı: "Sevgilim, xahiş edirəm məni bağışla, bütün həyatımızı bir yalan üstünə qurduğuma görə məni bağışla. Sənə ömrümdə bir dəfə yalan danışdım. O da duzlu qəhvə idi. Mən heç vaxt duzlu qəhvəni sevməmişdim. Amma o gün sənin məni tərk edəcəyini fikirləşərək həyacandan çaşıb şəkər yerinə duz istədim. Və beləcə pərt olmamaq üçün o yalanı uydurdum. Bunu sənə həmişə danışmaq istədim amma həmişə səni itirəcəyimdən qorxdum. Amma heç vaxt peşman olmadım. Çünki bu yalan səni mənimlə birlikdə tutdu. Səninlə olmaq həyatımın ən böyük xoşbəxtliyi idi və mən bunu duzlu qəhvəyə borcluyam. Bir həyat boyu yenə səninlə bərabər olmaq istərdim bu mənə yenə duzlu qəhvə içməyimə səbəb olsa da...
" Yaşlı qadının göz yaşları məktubu isladırdı... Demək ki, həqiqi sevginin xətrinə bir ömür boyu duzlu qəhvə içmək olarmış. Deyəsən sevginin gücü budur...


XeBeR BAŞQA SAYTLARDA DERC OLUNARSA MİX.AZ-IN ADI QEYD EDİLSİN

Просмотров: 630 | Добавил: yazyagmuru | Рейтинг: 5.0/1 |
Всего комментариев: 3
Elmar_14
Elmar_14
Elmar_14
Имя *:
Email *:
Код *:
Архив записей

Наш опрос
Оцените мой сайт
Всего ответов: 91

Мини-чат

Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Copyright MyCorp © 2024