Главная » 2008 » Ноябрь » 17 » Mene sevgi borcun var !!!
Mene sevgi borcun var !!!
03:53
 
alt Mənə göz yaşı borcun var.
Mənə xoşbəxtlik borcun var.
Mənə ürək borcun var.
Mənə can borcun var.
MƏNƏ SEVGİ BORCUN VAR.

ardını oxuyun....


 
8 alt

MƏNƏ SEVGI BORCUN VAR!   

 

Onunla qarşı-qarşıya dayanmışdım.Onun gözlərinin içinə baxırdım.Yaşam sevinci olan o gözlər mənə tərəf baxsada gözlərimin içində ki, ayrılıq qıvılcımlarını görə bilmirdi.

  Titrəyərək ona bu sözləri dedim: Mənə göz yaşı borcun var.

  Gənc qız isə: Borcumu necə ödəyə bilərəm?

  Gözlərimi qırpdım və dedim: Üzümə bax və gülümsə.

  Üzümə baxdı və gülümsədi.Üzündə ki, təbəssümlə gənc qız sanki dünyanın xoşbəxtlik tablosunu yaratmışdı.Necədə gözəl idi.Yaz aylarında quşların səsi, çiçəklər açmış bağçaya gözəllik verən kimi, onunda təbəssümü ona bu qədər gözəllik verirdi.

  Əllərində bənövşələr var idi.Bahar iysi gəlirdi onlardan.

  Yenidən ona dedim: Mənə xoşbəxtlik borcun var.

  Gənc qız utana-utana dedi: Borcumu necə ödəyə bilərəm?

  Gülümsəyərək dedim: Başını qoy dizlərimə.

  Gənc qız heçnə demədən sakitcə başını dizlərimin üzərinə qoydu.Saçlarını daradım, doymadım kiçik tellərini bir-birinə bağladım.O isə sanki bunu edeceyimi bilirmiş kimi sakit durmuşdu.

  Daha sonra ayağa qalxdıq.Onun mənə baxışları mənə ayrılıqdan başqa heç bir şeyi söyləmirdi.

  Ona yenidən dedim: Mərə ürək borcun var.

  Sanki borcunu bilirdi genc qız: Borcumu necə ödəyə bilərəm?

  Ona qollarımı uzatdım: Tut əllərimi dedim.

  Çiçək qoxan əllərini uzatdı gənc qız.Əlləri o qədər isti idi ki,    qəlbimin dərinliklərində ki, hisslərimi əridirdi.

  Əllərini çəkdi. Getmək istəyəndə on son dəfə səsləndim: Mənə can borcun var.

  Gənc qız təəccübləndi: Canmı???

  Dərin bir ah çekdim: Bəli can borcun var, sənsizlik öldürür məni.

  Bu sözlərim onun xoşuna gəldi: Bəs bu borcumu necə ödəyə bilərəm?

  Sevinclə dedim : Yum gözlərini.

  Heç tərəddüd etmədən yumdu gözlərini.

  Günahsız bir öpüş qondurdum onun titrəyən dodaqarına.

  BU NƏDİR??? Deyərək çatdı qaşlarını.

  Peşmanlıqla məmnunluq arasında qalıb, kəkələyərək dedim:   HƏYAT ÖPÜCÜYÜ !!!

  Qısa bir səssizliyin ardından bu dəfə gənc qız məni öpdü.

  Bəs bu nədir??? Təəccüblənərək dedim.

  Gənc qız arxasını mənə çevirib gedərək dedi: VƏDA ÖPÜCÜYÜ!!!

  Qalan borclarına qarşılıq bənövşələri qoyub getdi gənc qız.

  Arxasınca qaçdım, çiçəkləri geri verdim: Nə olar yaxşı bax bu ümid çiçəklərimə, qoyma solsunlar....

  Gənc qız çiçəkləri götürüb: Narahat olma hərgün sulayaram!

   Sevindim və dedim: Günəşə, suya ehtiyac yoxdur, gülümsə yetər!

  O getdi!!! Çöldə bərk yağış yağırdı.Gənc qız yağan güclü yağış altında məndən uzaqlaşırdı.

  Sanki borc dəftərləri arasından onun yeni borcunu tapmışdım.Ucadan ona tərəf qışqırdım:

  HEEEEEEEEEEEY    MƏNƏ SEVGİ BORCUN VAR!!!!!!!!!!!

  Gənc qız, yoox yooox, həyatımın tək sevgisi olan O QIZ yağan güclü yağışın altında yoxluqlara qərq oldu.

  Bitən hər bir bənövşə, onun həyatda olduğunu və gülümsədiyini mənə xəbər verir.

  Yağışa nifrət edirem. O vaxtdan yağan hər bir yağış damcısı onun mənə olan SEVGİ BORCUNU qaytarmağa çalışır. 

Yazı mənə aiddir.Xaiş edirəm bu yazını hansı sayta qoysanız götürdüyünz mənbəni yazmağı unutmayın. Tural İsayev   

Bəs sizin kiməsə SEVGİ BORCUNUZ VARMI?

  Bəs sizə kiminsə SEVGİ BORCU VARMI?

Просмотров: 530 | Добавил: yazyagmuru | Рейтинг: 4.0/1 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Архив записей

Наш опрос
Оцените мой сайт
Всего ответов: 91

Мини-чат

Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Copyright MyCorp © 2024