Главная » 2008 » Ноябрь » 17 » Men ondan ayrila bilmirem
Men ondan ayrila bilmirem
03:47
sevgi love

Onunla tanış olduğum zaman 14 yaşım var idi.Onun yaşını heç soruşmayın. Göz görə-görə özümü oda atdığımı sonradan anladım.Hamı bu bərabərlik üçün yaşımın çox kiçik olduğunu söyləyirdi.Əslində belə bir şey üçün yaşın heç bir fərqi yoxdu.İlk əvvəl sadəcə yaxın dostlarıma dedim bu sirrimi.Onunla sadəcə könül əyləndirirdim. Ailəmə deyə bilməzdim.Rəddedəcəklərini bilirdim.Başlanğıcda tənha yerlərdə çox seyrək görüşürdük.Daha sonra görüşməyimizin sayı artdı.
ardini oxuyun....

Sevgi 
sevgi love















Sevgilidən ayrılmaq

 

 

 

Onunla tanış olduğum zaman 14 yaşım var idi.Onun yaşını heç soruşmayın. Göz görə-görə özümü oda atdığımı sonradan anladım.Hamı bu bərabərlik üçün yaşımın çox kiçik olduğunu söyləyirdi.Əslində belə bir şey üçün yaşın heç bir fərqi yoxdu.İlk əvvəl sadəcə yaxın dostlarıma dedim bu sirrimi.Onunla sadəcə könül əyləndirirdim.Nə qədərdə axmaq idim. Ailəmə deyə bilməzdim.Rəddedəcəklərini bilirdim.Başlanğıcda tənha yerlərdə çox seyrək görüşürdük.Daha sonra görüşməyimizin sayı artdı.
Ox yaydan çıxmışdı.Onu sevirdim.Ağlımda həmişə eyni düşüncə var idi “Onun dustağı deyiləm və istədiyim vaxt onu tərk edə bilərəm”. Nə qədərdə ağılsız olmuşam.Ən sonunda olan oldu.
Bir gecə anam bizi yataqda yaxaladı.Hirslənmədi, bağırmadı, sadə, qısa bir nəsihət verdi.Bərabər olmağımızı qadağan edə biləcəyinin mümkün olmayacağını acı-acı dedi.
Aradan illər keçdi, amma getdikcə bir-birimizə bağlandıq.Daha doğrusu mən ona bağlandım.Aradan keçən illərdə mən həmişə uduzan tərəf oldum.O, mənə saxta mutluluqdan, saxta sevincdən başqa bir şey vermədi, mənsə hər şeyimi.
Onun üçün davalar elədim, onun üzündən çox xəstələndim, əvvəl onu sevməyi öyrəndim, daha sonra nifrət etməyi.Bərabər olmağı istəmədiyim anlarda belə yanımda olmağa dəvam edirdi.Nə yalan deyim; bəzən məndə istəyərək onun ardından qaçıb axtardıqdan sonra həsrətlə yenə görüşürdük.O mənim iradəmi yerlə bir elədi.Ailəmlə, yaınlarımla arama girdi.Dostlarımın çoxu da ondan nifrət edirdi.
Dodaqlarımın ona hər toxunuşunda mən ondan, o məndən birşeylər oğurlayırdı.O, hər səfərində özünü təzələyirdi mənsə getdikcə pisləşirdim.Ancaq buna baxmayaraq yenədə onu tərk edə bilmirdim.
Əslində çox dəfə ayrılmağa cəhd göstərdim, amma hamısında da geri dönüşüm bir əvvəlkindən də güclü oldu.Onun yoxluğunda həsrətindən yandım, bu ayrılığa dözməyə çalışdım, amma əsla ağlımdan çıxmadı.Dırnaqlarımı yedim bəs eləmədi, yeməkdən kəsildim, arıqladım, hətta inanmayacaqsınız indi də o mənim yanımdadır.
Amma yenədə hamınızın qabağında and içirəm və söz verirəm “Ya bir gün o məni buraxacaq, tərk edəcək, ya da men o sigareti 
Xaiş edirəm bu yazını hansı sayta qoyasnız götürdüyünz mənbəni yazmağı unutmayın.

 

Просмотров: 365 | Добавил: yazyagmuru | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Архив записей

Наш опрос
Оцените мой сайт
Всего ответов: 91

Мини-чат

Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Copyright MyCorp © 2018